Baku Electronics vakansiya: Şəmkir fillialına Xəzinədar axtarılır.
Şəmkir şəhərində xəzinədar vakansiyası. Satış və nağd pul vəsaitlərinin idarə edilməsi sahəsində 1 illik təcrübəsi olan şəxslər müraciət edə bilər.
Vəzifə funksiyaları:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək.
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək.
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək.
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək.
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
Digər şərtlər:
- Ali və ya orta ixtisas təhsil.
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi.
- Riyazi biliklərə malik olmaq.
- Yüksək dəqiqlik və məsuliyyət.
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq.
Dil biliyi: Tələb olunmur
Kompüter biliyi: Tələb olunmur
Vakansiya tarixi: 09 Sentyabr 2024
Bitmə tarixi: 30 Sentyabr 2024
Təhsil səviyyəsi: Orta ixtisas təhsili
Sahə üzrə iş təcrübəsi: 1 - 1 il
Ünvan: Şəmkir, Şəmkir şəhəri, 20 Yanvar küç., 6
Şəmkir fillialına Xəzinədar vakansiyası ilə maraqlananlar CV-lərini Baku Electronicsa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?