Araz market vakansiya: Texniki işlər və Təsərrüfat Departamentinin Müdiri/ Facility Manager.

Araz Supermarketlər Şəbəkəsi Bakı şəhərində "Texniki İşlər və Təsərrüfat Departamentinin Müdiri" vakansiyası üçün işə qəbul edir. Müasir texnologiyaların tətbiqi, avadanlıqların baxımı və təmiri üzrə bacarıqlı mütəxəssislər axtarılır.

Oct 11, 2024 - 13:29
Oct 11, 2024 - 13:31
 0
Araz market vakansiya: Texniki işlər və Təsərrüfat Departamentinin Müdiri/ Facility Manager.
Araz market vakansiya: Texniki işlər və Təsərrüfat Departamentinin Müdiri/ Facility Manager.

Öhdəliklər

  • Binaların və avadanlıqların müntəzəm baxımını və təmirini təşkil etmək.
  • Elektrik sistemləri, su təchizatı, istilik, havalandırma və digər mühüm sistemlərin düzgün işləməsini təmin etmək.
  • Təmir işlərini izləmək və xarici təchizatçılarla əlaqə saxlamaq.
  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə uyğunluğu təmin etmək.
  • Səmərəli innovativ təmir texnologiyalarını ustalara və mühəndis texnik heyətə aşılamak.
  • Mövcud avtomobillərin çıxış parametrlərini uyğunlaşdırmaq.
  • Şirkətin texniki avadanlıqlarının işlək vəziyyətdə saxlanmasını təmin etmək.
  • Binaların və obyektlərin texniki tələblərə uyğunluğunu təmin etmək.
  • Yeni texniki avadanlıqların alınmasına, quraşdırılmasına və istifadəyə verilməsinə dəstək vermək.
  • Texniki infrastrukturun vəziyyətini mütəmadi olaraq qiymətləndirmək və təkmilləşdirmək.
  • Xarici təchizatçılarla müqavilələr bağlayıb icrasını izləmək.
  • Effektiv və müasir texnologiyaların tətbiqi ilə iş proseslərini təkmilləşdirmək.
  • Təsərrüfatın infrastrukturunu mütəmadi olaraq qiymətləndirmək.
  • Təsərrüfat proseslərinin keyfiyyətini təmin etmək və müvafiq standartlara uyğunluğu izləmək.
  • Məlumatları toplayıb təhlil etmək, qərar qəbul etmə prosesini dəstəkləmək.
  • Departamentin fəaliyyətini planlaşdırmaq və məqsədlər müəyyənləşdirmək.
  • Departament işçilərinin işini motivasiya etmək və inkişaf etdirmək.

Təminatlar

  • Nahar ilə təmin edilmə.
  • Rəqabətli əmək haqqı.
  • 5 günlük iş qrafiki.
  • İş yeri Araz Logistika Mərkəzi (Məhəmmədi ofisi).

Tələblər

  • Ali təhsil.
  • Elektrik, santexnika, isitmə və soyutma sistemləri üzrə biliklər.
  • Təhlükəsizlik və sağlamlıq qaydalarına uyğunluq üzrə bilik.
  • Xarici təchizatçılarla iş birliyi və xidmətlərin optimallaşdırılması bacarığı.
  • 5-7 il təcrübə.
  • İdarəetmə bacarığı.
  • Məsuliyyət, işgüzarlıq və yüksək qərarvermə bacarığı.
  • Təsiretmə və strateji düşünmə bacarığı.

Araz Supermarketlər Şəbəkəsi, "Texniki işlər və Təsərrüfat Departamentinin Müdiri/ Facility Manager" vakansiyası üzrə işə qəbul elan edir. Müraciət etmək istəyənlər, “Texniki işlər və Təsərrüfat Departamentinin Müdiri/ Facility Manager” adını mövzu hissəsində qeyd etməklə, CV-lərini Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow