ATB Bank vakansiya: Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində mütəxəssis.
Korporativ kreditlərin təhlili üzrə mütəxəssis vakansiyası - ATB Bank. Kredit reytinqlərinin hesablanması, maliyyə təhlili və risklərin qiymətləndirilməsi sahəsində təcrübəniz varsa, müraciət edin.
Vəzifə Təsviri
ATB Bankda təqdim edilən mütəxəssis vakansiyası aşağıdakıları əhatə edir:
- Korporativ müştərilərdən daxil olan biznes kreditləri və digər maliyyələşmə müraciətləri üzrə ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin aparılması;
- Müştərilər ilə görüşlər keçirməklə, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması;
- Korporativ müştərilər üzrə kredit reytinqlərinin hesablanması və ilkin qərarların qəbul edilməsi;
- Bankdaxili kreditləşmə qaydalarına riayət edilməsi, təminat və digər risklərin düzgün qiymətləndirilməsi;
- Korporativ maliyyələşdirmə müraciətləri üzrə kredit rəyinin hazırlanması və son qərarın verilməsi;
- Kredit reytinqi modellərinin təkmilləşdirilməsində iştirak və müvafiq təkliflər vermək;
- Bankın korporativ müştəri portfelindəki kreditlərin müxtəlif aspektlərdən təhlili;
- Korporativ maliyyələşmənin təhlilinə dair hesabatların hazırlanmasında iştirak.
Tələblər
Vakansiyaya müraciət edən namizədlərdən bilik və təcrübələri tələb olunur:
- Ali təhsil;
- Azərbaycan dili və rus dili üzrə səlis bilik, ingilis dili arzuolunandır;
- Korporativ maliyyələşmənin təhlili üzrə 3 illik iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə qaydalar;
- ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarına malik olmaq üstünlükdür;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (xüsusilə MS Excel və PowerPoint);
- Komanda ilə işləmək, vaxtın idarə edilməsi və yüksək ünsiyyət bacarıqları;
- Analitik düşüncə və operativ qərarvermə bacarığı.
Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini ATB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.
What's Your Reaction?