Atəşgah Sığorta vakansiya: Reporter (Analitika və Hesabatlıq şöbəsində mütəxəssis).
Atəşgah Sığorta Şirkətində Analitika və Hesabatlıq şöbəsində mütəxəssis axtarılır. Analitik hesabatların hazırlanması və təhlili, məlumat bazaları ilə iş təcrübəsi tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Müxtəlif hesabat proqramlarından istifadə etməklə dinamik hesabatların hazırlanması.
- Birdəfəlik istifadə məqsədli hesabatların hazırlanması.
- Hesabatlar üzərində analitik təhlillərin aparılması.
- Mövcud hesabatlar üzrə optimallaşdırma və dəstək işlərinin görülməsi.
İş Şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00. (Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.)
- Əmək haqqı: Müsahibə əsnasında bildiriləcək.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilində texniki səviyyədə bacarıq, rus dili biliyi arzuolunandır.
- MS SQL, Postgre SQL kimi məlumat bazaları ilə iş təcrübəsi.
- İdarəetmə və analitik hesabatların hazırlanması üzrə biliklər.
- Qlikview və Qlik Sense proqramları üzrə biliklərin olması üstünlükdür.
- Analitik təhlil və operativlik bacarıqları.
- Komandada işləmə bacarığı.
Reporter (Analitika və Hesabatlıq şöbəsində mütəxəssis) vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.
What's Your Reaction?