ATB Bank vakansiya: Fond kreditlərinin satışı üzrə baş mütəxəssis.
ATB Bank fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis vakansiyasına müraciət qəbul edir. Kreditləşmə, maliyyələşmə və dövlət fondları ilə əməkdaşlıq təcrübəsi olan mütəxəssislər üçün əla imkan.
Əsas Vəzifələr:
- Dövlət fondları ilə sıx əməkdaşlıq edərək, kreditləşmə və maliyyələşmə işinin təşkil edilməsi;
- Bazar araşdırmaları aparmaq, yeni bank metod və texnologiyalarını tətbiq etmək, maliyyələşmə məhsulları ilə bağlı təkliflər vermək;
- Satış kanalları qurmaq və yeni müştərilər cəlb etmək məqsədilə biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
- Müştəri sifarişləri üzrə ilkin emal aparmaq və optimal maliyyələşmə məhsulları təklif etmək;
- Kredit sənədləşməsi və istifadəsinin düzgünlüyünü təmin etmək;
- Formalaşdırılmış kredit portfelinin idarə edilməsi və nəzarət olunmasında birbaşa iştirak.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə;
- Kredit satışı sahəsində minimum 2 il iş təcrübəsi;
- Dövlət fondları ilə işləmək üzrə təcrübə;
- MS Office (xüsusilə MS Excel) proqramlarında yüksək səviyyədə bacarıq;
- Müştəri ünsiyyəti və analitik düşüncə bacarığı;
- Stresə davamlılıq və kollektivdə işləmə bacarıqları;
- Yeniliklərə açıq olmaq və öyrənmə bacarığı.
What's Your Reaction?