AccessBank vakansiya: Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis (Lökbatan filialı).
Lökbatan filialında "Müştəri Xidmətləri üzrə Kiçik Mütəxəssis" vakansiyası. Müştəri xidmətləri, satış qabiliyyəti və komanda iş bacarığı ilə işləyən şəxslər üçün şans. Müraciət edin!
Vəzifə öhdəlikləri:
- Bankın məhsulları haqqında müştərilərin məlumatlandırılması.
- Bankın istehlak kreditləri üzrə müştəri bazasının formalaşdırılması və inkişafı.
- Bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi.
- Korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmət göstərilməsinin təmin edilməsi.
- Müştərilərə bank hesablarının açılması və həmin hesablar üzrə əməliyyatların aparılması.
Tələblər:
- Ali təhsil.
- Səlis Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır.
- Komandada işləmə bacarığı.
- Satış qabiliyyəti və müştərini inandırma bacarığı.
- Yüksək ünsiyyət qurma bacarığı.
İş yeri: Lökbatan qəsəbəsi, N. Nərimanov küç., 2C, Bakı
Əmək şərtləri:
- Tam ştat.
- Müraciət müddəti: 5 yanvar 2025.
What's Your Reaction?