ATB Bank vakansiya: İnsan Resursları Departamentinin Karyera planlaması və tədris şöbəsində mütəxəssis.

ATB Bank, insan resursları departamentinin karyera planlaması və tədris şöbəsinə mütəxəssis axtarır. Ali təhsil, 2 il bank iş təcrübəsi və mükəmməl Azərbaycan dili bilikləri tələb olunur. Müraciət tarixi: 29 noyabr 2024.

Oct 31, 2024 - 13:51
Oct 31, 2024 - 13:53
 0
ATB Bank vakansiya: İnsan Resursları Departamentinin Karyera planlaması və tədris şöbəsində mütəxəssis.
ATB Bank vakansiya: İnsan Resursları Departamentinin Karyera planlaması və tədris şöbəsində mütəxəssis.

Təsvir

  • Təlim tələbatlarını müəyyən etmək və tədris-mövzu planlarını tərtib etmək.
  • Bank əməkdaşları arasında tədris ehtiyaclarını öyrənmək məqsədilə sorğular keçirmək.
  • Müxtəlif təşkilatlardan daxil olan dəvətləri və təklifləri araşdırmaq, seminar, treyninq və konfranslarda iştirak üçün danışıqlar aparmaq.
  • Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq.
  • Təcrübəçilərin hazırlanma prosesini idarə etmək.
  • Təşkil olunmuş yerli təlimlərdə iştirakla bağlı təşkilati məsələləri həll etmək.
  • Təlimlərlə bağlı hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.
  • Əməkdaşlar üçün əməyin mühafizəsi, intizam və digər prinsiplər üzrə təlimlər keçirmək.
  • Əməkdaşlarla öhdəliklərin bağlanmasını təmin etmək.

Tələblər

  • Ali təhsil.
  • Yüksək ünsiyyətqurma və dinləmə bacarığı.
  • Bankda ən azı 2 il iş təcrübəsi.
  • Operativlik və dəqiqlik.
  • Komanda işləmə qabiliyyəti.
  • Microsoft Office proqramlarında işləmək bacarığı.
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə bilmək.

Vakansiya haqqında

  • Son tarix: 29 noyabr 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Müraciət etməyi unutmayın!

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow