İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Aparıcı İT biznes analitik axtarılır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Aparıcı İT Biznes Analitik vəzifəsi üçün təcrübəli mütəxəssisləri işə dəvət edir. Bu vakansiya, analitik bacarıqlara malik, proqram təminatına dair tələbləri toplayan və iş proseslərini optimallaşdıran dinamik liderlər üçün ideal fürsətdir.

Sep 27, 2024 - 11:57
Sep 27, 2024 - 12:00
 0
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Aparıcı İT biznes analitik axtarılır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Aparıcı İT biznes analitik axtarılır.

Vəzifələr:

  • İnformasiya sistemləri üzrə iş proseslərini müəyyənləşdirmək və layihələrin miqyasını təyin etmək.
  • Sifarişçilərlə analitik müsahibələr aparmaq və proqram təminatına dair tələbləri toplamaq.
  • Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək.
  • İnformasiya sistemlərinin hazırlanması və təkmilləşdirilməsi üçün texniki təklif və analiz sənədləri hazırlamaq.
  • Yeni biznes proseslərinin tətbiqi üçün tələbləri müəyyənləşdirmək.
  • Beynəlxalq praktikada inkişaf meyllərini araşdırmaq.
  • Mövcud informasiya sistemləri və texnologiyaların ekspertizasını aparmaq.
  • Biznes analiz proseslərinin təkmilləşdirilməsi ilə bağlı məlumat və rəy təqdim etmək.
  • “Agile” və qeyri-”Agile” proseslər kontekstində texniki həlləri layihələndirmək üçün İT mütəxəssisləri ilə əməkdaşlıq etmək.
  • Tələbləri proqram təminatı komandasına effektiv şəkildə çatdırmaq üçün “user story”-lərin və digər “Agile artefakt”-ların təkmilləşdirilməsində iştirak etmək.
  • Layihələrin vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək üçün layihə menecerləri ilə sıx əməkdaşlıq etmək.
  • Maraqlı tərəflər və layihə komandası üzvləri ilə müsbət əlaqələr qurmaq.
  • Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə çatdırmaq.
  • “Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lərdə iştirak etmək.
  • Müvafiq qanunvericilik və tənzimləyici çərçivələri dərindən başa düşmək.
  • Departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (İT istiqamətində olması üstünlükdür).
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
  • "Visio", "Canva", "Camunda", "Lucidchart" kimi alətlərlə BPMN diaqramlarının hazırlanması üzrə bilik.
  • "Miro", "Figma", "Jira", "Confluence" kimi müasir alətlərdə bilik.
  • Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat hazırlama və təqdim etmə bacarığı.
  • İngilis dili biliyi - texniki səviyyədə.
  • Sahə üzrə sertifikatlar üstünlükdür.

Son müraciət tarixi: Noyabr 5, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Aparıcı İT biznes analitik vakansiyası ilə maraqlananlar CV-lərini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow