ATB Bank vakansiya: Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis.

ATB Bank, Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis axtarır. Müştəri xidməti, bank hesabları əməliyyatları, hüquqi normalar və müştəri məmnuniyyətinə yönəlmiş işlərlə maraqlanan namizədlər üçün ideal fürsət.

Oct 15, 2024 - 13:04
Oct 15, 2024 - 13:06
 0
ATB Bank vakansiya: Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis.
ATB Bank vakansiya: Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis.

Təsvir

İşinizin əsas vəzifələri aşağıdakılardır:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat vermək.
  • Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək.
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştərilərin hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək.
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək.
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
  • Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar).
  • Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il iş təcrübəsi.
  • Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.

Son tarix: Noyabr 23, 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow