Rabitəbank vakansiya: Scrum Master axtarılır.
Rabitəbank Scrum Master vakansiyası üzrə iş elan edir. Agile və Scrum metodologiyaları üzrə biliklərə sahib mütəxəssislər üçün uğurlu karyera imkanı.
Vəzifə Öhdəlikləri:
- Komandanın Agile, Scrum və Kanban dəyərlərinə uyğun olaraq fəaliyyət göstərməsini təmin etmək.
- Scrum komandasına layihə məqsədləri haqqında düzgün məlumat vermək.
- Gündəlik Scrum, Sprint Planlama, Sprint Baxış və Retrospektiv görüşlərin vaxtında və məhsuldar şəkildə təşkilini təmin etmək.
- Bakloqun prioritetləşdirilməsində Product Owner-a dəstək olmaq.
- Komandanın çətinliklərini aradan qaldırmaq üçün yardım etmək və onların iş prosesini asanlaşdırmaq.
- Bankdaxili və komanda daxili biznes və Agile metriklərini təqib etmək.
- Sprint hədəflərinin formalaşdırılmasına dəstək olmaq və komandanı bu hədəflərə fokuslamaq.
- Komandanın qarşılaşdığı maneələri aradan qaldırmaq və işlərin qiymətləndirilməsini təmin etmək.
- Hesabatların hazırlanması və analiz edilməsi.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları üzrə təhsil üstünlükdür).
- Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi arzuolunandır.
- CSM/PSM I sertifikatları olanlar üçün üstünlük.
- Jira aləti ilə işləmək bacarığı üstünlükdür.
- Komanda ilə effektiv ünsiyyət və iş birliyi qurmaq bacarığı.
- Vaxtın səmərəli idarə olunması və təşkilatçılıq qabiliyyəti.
- Problem həll etmə və nəticəyönümlü iş görmə bacarığı.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan və rus dillərini bilmək (İngilis dili arzuolunandır).
- Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti.
Vakansiyanın Növü:
- Tam ştat
- Son müraciət tarixi: 30 Oktyabr 2024
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Scrum Master vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?