ATB Bank vakansiya: Risk Menecmenti Departamentinin Kreditlərin monitorinqi şöbəsində Baş mütəxəssis.

ATB Bank risk menecmenti departamentinə baş mütəxəssis axtarır. Kreditlərin monitorinqi, maliyyə analizi, risklərin idarə olunması və səyyar monitorinqlər sahəsində çalışacaq mütəxəssislər üçün mükəmməl imkan!

Oct 15, 2024 - 13:12
Oct 15, 2024 - 13:14
 0
ATB Bank vakansiya: Risk Menecmenti Departamentinin Kreditlərin monitorinqi şöbəsində Baş mütəxəssis.
ATB Bank vakansiya: Risk Menecmenti Departamentinin Kreditlərin monitorinqi şöbəsində Baş mütəxəssis.

Vəzifələr:

  • Kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinin yoxlanılması.
  • Səyyar monitorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq.
  • Kredit risklərini (müştərinin maliyyə vəziyyəti və krediti qaytarma qabiliyyəti) qiymətləndirmək.
  • Səyyar monitorinq nəticələrinə əsaslanaraq müvafiq aktların tərtibi.
  • Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarət.
  • Riskli müştərilərin müəyyən edilməsi və kredit portfelinə təsir edən risklərin minimuma endirilməsi üçün tədbirlərin icrası.
  • Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (bakalavr).
  • Bank sahəsində korporativ/iri biznes kreditlərinin monitorinqi üzrə minimum 2 illik iş təcrübəsi.
  • ACCA sertifikatlarının (F3) olması arzuolunandır.
  • Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə (Rus dili arzuolunandır).
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Korporativ/iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı.
  • Müştəri bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq aparma bacarığı.
  • Kredit portfelinin idarə olunması və ödəniş gecikmələrinin aradan qaldırılması üzrə müvafiq tədbirləri həyata keçirmək bacarığı.

Müraciət tarixi:

  • Son tarix: Noyabr 23, 2024

İş yeri:

  • Ünvan: 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • İş növü: Tam ştat

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow