Paşa Bank vakansiya: Mühasibatlıq və Vergi üzrə Baş Mütəxəssis (İFRS).
Mühasibatlıq və Vergi üzrə Baş Mütəxəssis (İFRS) vakansiyası üçün Paşa Bankda iş imkanı. Mühasibat uçotu, İFRS standartları, vergi və maliyyə sahəsində təcrübəli mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Milli Mühasibat Uçotu Standartlarına və MHBS (İFRS) tələblərinə uyğun şəkildə aparılması.
- Bankın maliyyə uçotu siyasətinin düzgün və tam şəkildə həyata keçirilməsi.
- Mühasibat və maliyyə məsələlərində biznes vahidlərinə dəstək göstərilməsi.
- Bankın gəlir və xərclərinin vaxtında və düzgün tanınmasının təmin edilməsi.
- İlkin uçot sənədlərinin icrasına nəzarət.
- Audit yoxlamalarında fəal iştirak, sorğuların cavablandırılması və tələb olunan məlumatların təmin edilməsi.
- Daxili müştərilərlə əlaqələrin qurulması və müvafiq məlumatların ötürülməsi.
Tələblər:
- Ali təhsil: Maliyyə və İqtisadiyyat sahəsində ali təhsil.
- İş təcrübəsi: Mühasibatlıq və vergi üzrə ən azı 3-5 il iş təcrübəsi.
- Sertifikatlar: ACCA, DIPfr, CPA sertifikatları üstünlükdür.
- Dillər: İngilis və Rus dilləri (orta səviyyədə bilmək).
- Kompüter bilikləri: Microsoft Office proqramları üzrə biliklər.
- Məhsul üzrə biliklər: Bank məhsulları ilə bağlı biliklər.
- Bazar üzrə biliklər: Maliyyə və iqtisadiyyat üzrə biliklər.
- Başqa tələblər: Vergi məcəlləsi və Mərkəzi Bankın tələbləri üzrə biliklər (orta səviyyədə).
Vakansiya haqqında məlumat:
- Son müraciət tarixi: 3 Noyabr 2024
- İş növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Mühasibatlıq və Vergi üzrə Baş Mütəxəssis (İFRS) vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 noyabr 2024 il.
What's Your Reaction?