Atəşgah Sığorta vakansiya: Həyat Sığortası satışları üzrə mütəxəssis.

Atəşgah Sığorta Şirkətində həyat sığortası satışları üzrə mütəxəssis vakansiyası! Əgər satış sahəsində təcrübəniz varsa və mütəxəssisi olmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Karyera fürsətləri və müasir iş şəraiti sizi gözləyir.

Sep 11, 2024 - 12:00
Sep 11, 2024 - 12:04
 0
Atəşgah Sığorta vakansiya: Həyat Sığortası satışları üzrə mütəxəssis.
Atəşgah Sığorta vakansiya: Həyat Sığortası satışları üzrə mütəxəssis.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
  • Müştərilərin tələblərinə uyğun sığorta məhsulunu təklif etmək
  • Sığorta qaydaları haqqında müştəriyə dəqiq məlumat vermək
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı rəhbərin xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri:

  • İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Şirkət tərəfindən korporativ nömrə, görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
  • Bonus və rüblük motivasiya

Biz sizə nə təklif edirik?:

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • Fəaliyyətə əsasən artan əmək haqqı

Tələblər:

  • Yaş: 21-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Satış sahəsində ən azı 1-2 il
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (yaxşı)
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

 Həyat Sığortası satışları üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow