AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Caspian Plaza).

AQA Şirkətlər Qrupu Caspian Plaza filialında Satış məsləhətçisi vakansiyası elan edir. Elektronika mağazasında satış hədəflərinə çatmaq, müştəri xidməti və məhsul biliklərini inkişaf etdirmək istəyənlər üçün ideal fürsət.

Sep 11, 2024 - 11:55
Sep 11, 2024 - 11:59
 0
AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Caspian Plaza).
AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Caspian Plaza).

Vəzifə öhdəlikləri:

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
  • Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
  • Mövcud müştərilərlə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Qoyulmuş satış hədəflərinə çatmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
  • Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.

Tələblər:

  • Ali və ya orta təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
  • Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
  • Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.

Əlavə məlumat:

  • İş qrafiki: 6 günlük, növbəli;
  • Vakansiya növü: Tam ştat;
  • Kateqoriya: Satış və müştəri xidmətləri.

Satış məsləhətçisi (Caspian Plaza) vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna  göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow