Atəşgah Sığorta vakansiya: Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq üzrə mütəxəssis.
Atəşgah Sığorta Şirkətində maliyyə risklərinin idarə edilməsi və daxili hesabatlıq üzrə mütəxəssis vakansiyası. Maliyyə və mühasibatlıq sahəsində ixtisaslaşmış, analitik düşünmə bacarığı olan namizədlərin axtarıldığı bu vakansiya, 1-2 il iş təcrübəsi tələb edir.
Əsas Vəzifə Öhdəlikləri:
- Dövri (rüblük, aylıq və s.) maliyyə hesabatlarını hazırlamaq və maliyyə göstəricilərinin təhlilini aparmaq.
- Büdcənin hazırlanmasında iştirak etmək, xərclərin büdcəyə uyğunluğunun monitorinqini həyata keçirmək.
- Xərclər üçün müraciətlərin məlumat bazasını və hesabatlarını hazırlamaq.
- Maliyyə hesabatlarının analizini aparmaq.
- Şirkətin investisiya siyasətinə uyğunluğu təmin etmək məqsədilə analizlər aparmaq və lazımı hesabatlar tərtib etmək.
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş Şərtləri:
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00.
- İş günü: 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).
Tələblər:
- Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində.
- Təlim və kurslar: ACCA bilikləri üstünlükdür.
- İş təcrübəsi: Maliyyə sahəsi üzrə 1-2 il.
- Dil bilikləri: Azərbaycan dili, rus dili (əla).
- Kompyuter bilikləri: MS Office, 1C.
Şəxsi Keyfiyyətlər:
- Analitik düşünmə.
- Ünsiyyət qurma bacarığı.
- Məsuliyyət.
- Dəqiqlik.
- Komanda ilə işləmə.
- Aktiv öyrənmə bacarığı.
Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 noyabr 2024 il.
What's Your Reaction?