Xalq Bank vakansiya: Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsi.
Xalq Bankı Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsində çalışmaq üçün mükəmməl bir imkan təqdim edir. Bu vakansiya, maliyyə sahəsində karyera qurmaq istəyən namizədlər üçün idealdır.
Vakansiya Elanı
Vəzifə: Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsi
Şirkət: Xalq Bank
Ünvan: 22L İnşaatçılar prospekti, Bakı 1006, Azerbaijan
Müqavilə növü: Tam ştat
Son müraciət tarixi: Noyabr 7, 2024
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Təsvir
Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsi üçün aşağıdakı vəzifələr yerinə yetiriləcək:
- Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması.
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində filiallar tərəfindən aparılan digər tədbirlərə nəzarət etmək.
- Təsdiq olunmuş limitlərə filiallar tərəfindən riayət olunmasına nəzarət etmək və rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasını təmin etmək məqsədilə səyyar və məsafədən yoxlamalar aparmaq.
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadəsinə nəzarət etmək.
- Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması.
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi.
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı.
- Analitik düşüncə.
- Stressə davamlılıq və komandada işləmə bacarığı.
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-daxili-nezaret-idaresinin-monitorinq-sobesi/apply müraciyət üçün link.
What's Your Reaction?