Atəşgah Sığorta vakansiya: Mühüm müştərilərlə iş üzrə mütəxəssis.
Atəşgah Sığorta Şirkəti, Bakı şəhərində mühüm müştərilərlə iş üzrə mütəxəssis axtarır. Tam ştat vakansiyası, sığorta məhsulları, müştəri xidmətləri və satış sahəsində peşəkar namizədləri gözləyir. Müraciət üçün son tarix: noyabr 29, 2024.
Əsas Vəzifə Öhdəlikləri
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək.
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək.
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək.
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq.
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Təhsil: Ali
- İş təcrübəsi: Satış sahəsində bir ilə qədər
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (orta)
Şəxsi Keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı.
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı.
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı.
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
İş Şərtləri
- İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00.
- Şirkət tərəfindən korporativ nömrə və telefon verilir.
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur.
Vakansiya haqqında
- Son tarix: Noyabr 29, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
What's Your Reaction?