Kontakt Home vakansiya: Power BI developer axtarılır.
Power BI developer vakansiyası Bakı, Azərbaycan. Müxtəlif hesabatların analizi, avtomatlaşdırılması və Power BI aləti ilə vizuallaşdırılması işləri. Müraciət etmək üçün son tarix: noyabr 29, 2024.

Təsvir
- Biznes tapşırıqlarına uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiq olunması.
- Məlumat bazalarından əldə edilən datanın davamlı olaraq təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılması; mütəmadi hesabatların təqdim edilməsi.
- Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması və inteqrasiyası.
- Rutin hesabatların və yeni hesabatların avtomatlaşdırılması, Power BI aləti ilə vizuallaşdırılması.
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması.
- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması.
Tələblər
- Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot işləmə bacarığı.
- Azərbaycan dili biliyi səlis, ingilis dili biliyi minimum texniki səviyyədə.
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- SQL (MSSQL, T-SQL) dilini bilmək (analitik funksiyalarla işləmə bacarığı) arzuolunandır.
- Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL) arzuolunandır.
- Power platforma ilə işləmə bacarığı (Power Apps, Power Automate və s.) arzuolunandır.
İş şəraiti
- İş qrafiki: I-V gün
- İş saatı: 9:00-18:00
Son tarix
- Noyabr 29, 2024
Kateqoriya
- Elm, Texnologiya və Mühəndislik
Müraciət et!
Bu Power BI developer vakansiyası ilə maraqlanırsınızsa, müraciət etməkdən çəkinməyin!
What's Your Reaction?






