Atəşgah Sığorta vakansiya: Tibbi yardımın təşkili şöbəsində həkim-koordinator (gecə növbəsi).

Atəşgah Sığorta Şirkəti Tibbi Yardımın Təşkili Şöbəsində həkim-koordinator vəzifəsi üçün vakansiya elan edir. Gecə növbəsi üçün tibbi yardım və sığorta sənədləşdirilməsi üzrə mütəxəssis axtarılır.

Sep 12, 2024 - 12:26
Sep 12, 2024 - 12:29
 0
Atəşgah Sığorta vakansiya: Tibbi yardımın təşkili şöbəsində həkim-koordinator (gecə növbəsi).
Atəşgah Sığorta vakansiya: Tibbi yardımın təşkili şöbəsində həkim-koordinator (gecə növbəsi).

Əsas vəzifə öhdəlikləri:

  • Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək.
  • Sığortalı müştərilər üçün tibbi yardımın təşkili.
  • Tibbi və sığorta sənədləşdirilməsinin aparılması.
  • Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasını təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək.
  • Hesabatlar tərtib etmək.
  • Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • Əmək haqqı: namizədin iş təcrübəsi, bilik və bacarıqlarının səviyyəsindən asılı olaraq dəyişə bilər.
  • Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi.

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər.
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması.
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
  • Fəaliyyətə əsasən artan əmək haqqı.

Tələblər:

  • Yaş: 23-35
  • Təhsil: Ali tibb təhsili mütləqdir.
  • İş təcrübəsi: arzuolunandır.
  • Dil bilikləri: Azərbaycan (Əla), Rus (Əla), İngilis (Yaxşı).

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı.
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı.
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı.
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Tibbi yardımın təşkili şöbəsində həkim-koordinator (gecə növbəsi) vakansiyası ilə maraqlananlar CV-lərini Atəşgah Sığortaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow