Paşa Malls vakansiya: Elektrik axtarılır.

Pasha Malls elektrik mütəxəssisi vakansiyası elan edir. Bakı şəhərində elektrik işləri, sistemləri və avadanlıqları ilə bağlı biliklərə malik olan mütəxəssisləri axtarırıq.

Sep 12, 2024 - 12:02
Sep 12, 2024 - 12:25
 0
Paşa Malls vakansiya: Elektrik axtarılır.
Paşa Malls vakansiya: Elektrik axtarılır.

İş Təsviri:

  • Nəzarətçilər tərəfindən tələb edilən bütün elektrik işləri ilə bağlı tapşırıqları standartlara uyğun olaraq yerinə yetirmək.
  • Elektrik paylayıcı qurğuların, paylayıcı şəbəkələrin və sistemlərin yoxlanılması, təmizlənməsi, texniki baxışdan keçirilməsi və təmiri.
  • Elektrik işıqlandırıcıları və fluoresent lampalarını dəyişdirmək.
  • İşıqlanma cihazları, projektorlar, neon işarələrini və qəza işıqlandırılma alətlərini quraşdırmaq, yoxlamaq, texniki baxışını həyata keçirmək və təmir etmək.
  • Qəza hallarında elektrik enerjisi və adi enerji təminatı sistemlərinin texniki baxışını həyata keçirmək.
  • Elektrik motorları və nəzarət nöqtələrinin xidmətə verilməsi.
  • Elektrik avadanlıqlarının profilaktik işlərini aparmaq.
  • SƏTƏMM norma və qaydalarına riayət etmək.
  • İş yerini və ətrafı təmiz saxlamaq, uniformanı təmiz saxlamaq.
  • Qəza hallarında digər tələb edilən tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Texniki/Elektrik təhsili.
  • Etibarlı elektrik sertifikatı.
  • Elektrik sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Elektrik sistemləri, naqillər və avadanlıqlar haqqında geniş biliklər.
  • Planları və texniki çertyojları oxuma bacarığı.
  • Əl alətləri və elektrik alətləri ilə işləmə bacarığı.
  • Dövlət tələbləri və şirkətin təhlükəsizlik qaydaları ilə tanış olmaq.

Elektrik vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Mallsa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 21 oktyabr 2024 il. 

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow