Avtolüks Azərbaycan vakansiya: Satış müdiri axtarılır.
Avtolüks Azərbaycan MMC şirkətində Satış Müdiri vakansiyasına müraciət edin! 5 il iş təcrübəsi və ali təhsil ilə müştəri bazasını genişləndirin, satış hədəflərini aşın. İş tələbləri və təklif olunan imkanlar haqqında ətraflı məlumat alın.
Vakansiya Elanı:
Vəzifə: Satış Müdiri
Şirkət: Avtolüks Azərbaycan MMC
Yerləşmə: Zaur Nudirəliyev 8
İş Qrafiki: Tam ştat
Maaş: 4,000 AZN
Təsvir:
- Ümumi biznesin məqsəd və vəzifələrinə uyğun olaraq satış hədəflərini və məqsədlərini müəyyən etmək.
- Hədəflərə çatmaq və ya onları aşmaq üçün satış planlarını və strategiyalarını hazırlamaq.
- Bazarda nüfuzu artırmaq, müştəri bazasını genişləndirmək və satış imkanlarını artırmaq üçün effektiv satış strategiyalarının, taktikalarının və təşəbbüslərin işlənib hazırlanması həyata keçirmək.
- Satışları proqnozlaşdırmaq və real hədəflər təyin etmək üçün satış məlumatlarını, bazar tendensiyalarını və müştəri davranışını təhlil etmək. Satış büdcəsini hazırlamaq.
- Satış performansı, bazar tendensiyaları və rəqabət təhlili ilə bağlı fikirləri müəyyən etmək, mütəmadi olaraq satış hesabatları barədə menecment üçün təqdimatlar hazırlamaq.
- Əsas müştərilərlə güclü əlaqələr qurmaq və saxlamaq, onların ehtiyaclarını anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək.
- Satış strategiyalarını ümumi biznes strategiyaları ilə uyğunlaşdırmaq üçün Marketinq, Brend uyğunluğu və digər şöbələrlə əməkdaşlıq etmək. Məhsulun inkişafı, qiymətqoyma və reklam fəaliyyətləri ilə bağlı məlumat və rəy vermək.
- Tabeçilikdə olan Satış təmsilçilərindən ibarət komandaya rəhbərlik etmək və idarə etmək.
- Satış komandasının fəaliyyətini yoxlamaq, fərdi və komandanın məqsədlərə doğru irəliləyişini izləmək, satış ölçülərini və KPI-ları (Əsas Performans Göstəriciləri) təhlil etmək. Təkmilləşdirmə üçün sahələri müəyyən etmək və zəruri hallarda düzəldici tədbirləri həyata keçirmək.
- Satış komandasına bacarıqlarını, məhsul və satış texnikası ilə bağlı biliklərini artırmaq üçün təlimlər və seminarlar keçirmək. Fərdi komanda üzvlərinə performanslarını artırmaq üçün kouçinq və mentorluq etmək.
- Yeni tendensiyalar, rəqiblərin fəaliyyəti və bazar şərtləri ilə bağlı məlumatları yeniləmək. Yeni imkanlar, hədəf bazarlar və müştəri seqmentlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq.
Tələblər:
- 5 il müvafiq sahədə iş təcrübəsi.
- Ali təhsil.
- Xarici dil bilikləri (İngilis dili).
Satış müdiri vakansiyası ilə maraqlananlar CV-lərini Avtolüks Azərbaycana göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 11 noyabr 2024 il.
What's Your Reaction?