Azərbaycan Hava Yolları vakansiya: Debitor borcların yığımı üzrə Mütəxəssis.
"Azərbaycan Hava Yolları" QSC debitor borcların yığımı üzrə mütəxəssis vəzifəsi üçün müraciət etməyə dəvət edir. Bu vakansiya maliyyə və idarəetmə sahəsində karyera inkişafı üçün mükəmməl bir imkandır.
İş Təsviri
Debitor borcların yığımı üzrə mütəxəssis rolunda sizdən aşağıdakı vəzifələri yerinə yetirməniz gözlənilir:
- Debitorların təhlil olunması;
- Debitor borcların araşdırılması və müqavilə şərtlərinə əsasən vaxtında ödənilməsinin təmin edilməsi;
- Debitorlarla bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi;
- Debitorların gecikmə statusuna daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək.
Tələblər
Namizədin aşağıdakı meyarlara cavab verməsi gözlənilir:
- Təhsil: Ali Təhsil (Maliyyə və İqtisadiyyat sahəsi üzrə);
- Tələb olunan sertifikatlar: ACCA (F3);
- Proqram bilikləri: Microsoft Office proqramları;
- Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yaxşı;
- Sahə üzrə iş təcrübəsi: Minimum 3 il;
- Ünsiyyət bacarıqları: Yazılı və şifahi;
- Danışıqların aparılması bacarığı;
- Problemi həll etmə bacarığı;
- Öyrənmə qabiliyyəti;
- İşə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş Yeri
Heydər Əliyev Beynəlxalq Hava Limanı
İş Qrafiki
Həftə içi 5 gün
Son Müraciət Tarixi
Oktyabr 19, 2024
Debitor borcların yığımı üzrə Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.
What's Your Reaction?