AZ SLEEP MARKET vakansiya: Logistika şöbəsinin müdiri.
AzNazar Sleep Market MMC logistika şöbəsinin müdiri vakansiyası üçün iş elanları yayımlayır. Logistika və anbar proseslərinin idarə olunması üzrə təcrübəsi olan, 28-45 yaş arası şəxslər müraciət edə bilərlər. Əmək haqqı 1800-2500 AZN, iş yeri Bakı şəhəri, Binəqədi qəsəbəsindədir. CV göndərmə üçün [email protected] ünvanı.
Vəzifələr
Logistika şöbəsinin müdiri olaraq aşağıdakı vəzifələrə cavabdeh olacaqsınız:
- Logistika üzrə bütün işlərin həyata keçirilməsinə nəzarət etmək (Ölkədaxili və Ölkəxarici)
- Anbar fəaliyyətinə nəzarət etmək, səmərəliliyi planlaşdırmaq və təhlil etmək
- Müştəriyə çatdırılmanın təşkili və logistika xərclərinin azaldılması
- Biznes proseslərinə nəzarət edərək, logistika xərclərinin maksimum azaldılması üçün tədbirlər görmək
- Logistika və anbar proseslərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq
- Logistika ilə bağlı sənədləşmələri aparmaq və təkmilləşdirmək
- Podratçılarla iş aparmaq, müqavilələri bağlamaq və hesab-fakturaların ödənilməsinə nəzarət etmək
- Yükdaşıyıcı xidmətləri bazarının monitorinqi və bazardakı dəyişikliklərə uyğun tədbirlər görmək
- Komanda ilə əlaqə saxlayaraq qarşıya qoyulmuş vəzifələri effektiv şəkildə həll etmək
İş şərtləri
- İş qrafiki: 5 günlük iş qrafiki
- İş yeri: Binəqədi qəsəbəsi
- Əmək haqqı: 1800 - 2500 AZN (müsahibə zamanı müəyyən olunacaq)
Namizədə Tələblər
Logistika şöbəsinin müdiri vəzifəsi üçün müraciət etmək istəyən namizədlərdən aşağıdakı tələblərə cavab verməsi gözlənilir:
- Ali təhsil (mütləq)
- Logistika sahəsində ən azı 4 il iş təcrübəsi (Nəqliyyat/Logistika/Daşıma və anbar logistikası sahəsində rəhbər vəzifədə 1-3 il iş təcrübəsi olmalıdır)
- Yaş həddi: 28-45 yaş arası
- Dil bilikləri: Rus dili sərbəst (yazılı və şifahi)
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C proqramlarında yüksək biliklər
Logistika şöbəsinin müdiri vəzifəsi üçün namizədlərdən CV-lərini məktubun mövzusunda "Logistika şöbəsinin müdiri" qeyd etməklə hr@askonalife.az elektron ünvanına göndərmələri xahiş olunur.
What's Your Reaction?