ICEBERG AQUA vakansiya: Satış Meneceri axtarılır.

Iceberg Aqua MMC, Bakı şəhərində satış meneceri vəzifəsi üzrə iş elanı təqdim edir. Sosial media və satış bacarığı olan xanım namizədlər axtarılır. Əməkhaqqı 500 AZN + bonuslar. Müştəri xidmətləri və satış təcrübəsi olan namizədlər müraciət edə bilərlər.

Nov 8, 2024 - 13:01
Nov 8, 2024 - 13:04
 0
ICEBERG AQUA vakansiya: Satış Meneceri axtarılır.
ICEBERG AQUA vakansiya: Satış Meneceri axtarılır.

Vəzifə öhdəlikləri

  • Şirkətin sosial media kanallarından gələn sorğuların cavablandırılması və müştərilərlə əlaqənin qurulması
  • Məhsul və xidmətlərin satışının həyata keçirilməsi, satış hədəflərinə çatmaq üçün çalışmaq
  • Müştərilərə məhsul və xidmətlər haqqında tam və dolğun məlumat vermək
  • Mövcud sifarişlərin servis komandası ilə koordinasiyasını təmin etmək
  • Gündəlik satış qeyd və hesabatlarının hazırlanması

İş şəraiti

  • İş vaxtı: Bazar ertəsi - şənbə, saat 10:00-19:00
  • İş yeri: Bakı şəhəri, Nadir Əliyev küçəsi (Əhməd Rəcəbli)
  • Telefon, nömrə və balansla tam təminat
  • Əməkhaqqı: 500 AZN + satış faizi və bonuslar
  • Sənədləşmə: AR Əmək Məcəlləsinə uyğun şəkildə aparılacaq

Namizədə Tələblər

  • Yaş: 24-40 yaş arası
  • Təhsil: Orta təhsil
  • Təcrübə: Satış sahəsində minimum 1 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq, rus dili bilikləri arzuolunandır
  • Kompetensiyalar:
    • Sosial media alətləri haqqında biliklər
    • Mobilaqrafiya bacarıqları
    • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
    • Satış bacarığı

Əlavə məlumat:
Namizədlər CV-lərini hr@icebergaqua.az ünvanına göndərərək başlıq hissəsində "Satış Meneceri" qeyd etməlidirlər. Zənglər və WhatsApp müraciətləri cavablandırılmayacaq.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow