AZBADAM vakansiya: İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis.

AZBADAM MMC şirkətində İnsan Resursları və İnzibati İşlər üzrə baş mütəxəssis vakansiyası açıqdır. İnsana yönəlmiş kadr seçimi, işə qəbul və təlim proseslərinə dair bacarıqlarınızı göstərmək üçün bu imkanı dəyərləndirin.

Oct 2, 2024 - 13:38
Oct 2, 2024 - 13:40
 0
AZBADAM vakansiya: İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis.
AZBADAM vakansiya: İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis.

Təsvir:

  • Struktur bölmələri üçün kadr ehtiyaclarını və tələbləri müəyyən edərək, seçilməsini təmin etmək.
  • İşə qəbul siyasətini əsas götürərək işə qəbul prosesini həyata keçirmək.
  • İşə qəbul olunmuş işçilərlə bağlı müvafiq sənədləşmə prosedurunu aparmaq və adaptasiya prosesini təşkil etmək.
  • İşçilərin fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək, qiymətləndirmə meyarlarının hazırlanmasını təmin etmək, təlimlər təşkil etmək.
  • İnsan Resursları şöbəsinin fəaliyyət planının hazırlanması, illik büdcənin idarə edilməsi.
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən etmək, illik təlim planı hazırlamaq.
  • İnzibati işlərin icrasına nəzarət.
  • Teambuilding, networking və digər korporativ tədbirlərin koordinasiyası.
  • İşçilərin məzuniyyətdən istifadə məsələlərinə nəzarət.
  • Daxili nəzarəti təşkil etmək, şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.
  • Motivasiya tədbirlərini hazırlamaq və həyata keçirmək.
  • İşçilərin iş vaxtının tabeli uçotunun tərtib edilməsi və əmək haqqının hesablanmasını təmin etmək.
  • Daxili nizam-intizam, gigiyena qaydalarına riayət etmək.
  • Rəhbərlik tərəfindən tapşırılan oxşar işlərin yerinə yetirilməsi.
  • Hesabatların müəssisə rəhbərinə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (İdarəetmə, İnsan Resursları, Biznes, İqtisadiyyat və digər əlaqəli sahələrdə).
  • Müvafiq sahədə ən az 3-4 il iş təcrübəsi.
  • Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst ünsiyyət qurma bacarıqları.
  • Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmə bacarığı.
  • Komanda işinin təşkili.
  • Güclü idarəetmə bacarıqları.
  • Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı.
  • Güclü təşkilati bacarıqlar.

Vakansiya haqqında:

  • Son tarix: Noyabr 10, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

İmtiyazlar:

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı.
  • Nəqliyyat xidməti.
  • İllik qiymətləndirmə sistemi (KPİ).

İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini AZBADAM-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 10 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow