Azərbaycan Dəmir Yolları vakansiya: Böyük mühəndis-proqramlaşdırıcı.
Azərbaycan Dəmir Yolları, Bakı şəhərində Böyük Mühəndis-Proqramlaşdırıcı vakansiyası elan edir. Java, C#, JS, SQL və digər proqramlaşdırma dillərində təcrübəli mütəxəssis axtarılır. Müraciət üçün son tarix 19 dekabr 2024.
Vəzifə Təsviri:
- Yeni proqram təminatının hazırlanmasını təmin etmək.
- Mövcud proqram təminatına texniki dəstək göstərmək.
- Proqram təminatının test edilməsini həyata keçirmək.
- Səhvlərin aşkar edilməsi, lokallaşdırılması və kənarlaşdırılması üzrə kompüter proqramının işlənib hazırlanması.
- Məlumatların alqoritm və strukturunun təsviri üçün uyğun proqram dili seçmək.
- Tətbiq edilmiş proqramların və proqram vasitələrinin müşayiət edilməsi.
- Proqramlarla iş üzrə təlimatların hazırlanması və zəruri texniki sənədlərin tərtib edilməsi.
- Verilən texniki tapşırıqlara uyğun proqram təminatlarının hazırlanmasını təmin etmək.
Tələblər:
- Təhsil: Ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə.
- Xarici dil bilikləri: İngilis və Rus dillərində yaxşı səviyyədə bilik.
- Tələb olunan biliklər: Java, C#, JavaScript, SQL, REST, CI/CD, K8S, Docker, Git.
Vakansiya haqqında Əlavə Məlumat:
- Son müraciət tarixi: 19 dekabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Böyük mühəndis-proqramlaşdırıcı" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 19 dekabr 2024.
What's Your Reaction?