Mətanət A Şirkətlər Qrupu vakansiya: Satınalma üzrə mütəxəssis.

Mətanət A Şirkətlər Qrupu satınalma üzrə mütəxəssis axtarır. Avtomobil ehtiyyat hissələri, tədarükçülərlə əlaqələr və satınalma prosesinin icrası üzrə mütəxəssis olmaq istəyənlər müraciət etsin.

Oct 16, 2024 - 11:24
Oct 16, 2024 - 11:27
 0
Mətanət A Şirkətlər Qrupu vakansiya: Satınalma üzrə mütəxəssis.
Mətanət A Şirkətlər Qrupu vakansiya: Satınalma üzrə mütəxəssis.

Təsvir

  • Şirkətin nəqliyyat vasitələrinin təmirinin və ehtiyat hissələrinin alışının fasiləsiz təchizat təminatını həyata keçirmək.
  • Alınan malların keyfiyyətinə mütəxəssis iştirakı ilə nəzarət.
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
  • Tədarükçülərlə mütəmadi görüşlər təşkil etmək və yeni tədarükçülərin araşdırılması.
  • Mövcud şirkətlər və tədarükçülər siyahısında göstərilən və yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) hazırlamaq.
  • Şirkətlər, ustalar, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və ən sərfəli şərtləri razılaşdırmaq.
  • Təsdiq edilən təkliflər əsasında satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.
  • Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.

Tələblər

  • Avtomobil ehtiyyat hissələri alışı və təmiri sahəsində təcrübə (avtomobil ehtiyyat hissələrini, servis və usta sexlərini tanıyanlara, mexaniki sahədə təcrübəsi olanlara üstünlük verilir).
  • Nəqliyyat vasitələri, xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək və malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
  • Ali təhsil.
  • Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı.
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti.
  • Kompüter biliyi.
  • 3 il iş təcrübəsi.
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Vakansiya haqqında

Son tarix: Noyabr 14, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow