Azərbaycan Dəmir Yolları vakansiya: İnsan Resursları üzrə bölmə rəisi (İnfrastruktur departamenti).
İnsan Resursları üzrə Bölmə Rəisi vakansiyası. Azərbaycan Dəmir Yollarında işləmək istəyənlər üçün müvafiq sahə üzrə 5 illik təcrübə, kargüzarlıq bilikləri və liderlik bacarıqları tələb olunur. Aylıq tabellərin hazırlanması, əmək haqqı cədvəlləri və intizam tədbirləri ilə bağlı geniş imkanlar. Müraciət etmək üçün son tarix 14 noyabr 2024-dür.
Vəzifə Təsviri:
- Aylıq tabellərin hazırlanması və aidiyyəti üzrə təqdimatına nəzarət.
- Əmək haqqı cədvəllərinin işlənilməsi və prosesə metodiki rəhbərlik.
- Rüblük vergi bəyannamələrinin hazırlanması və təqdimatına nəzarət.
- Adaptasiya və təcrübə proqramlarının təşkil olunması.
- İş yerlərinin attestasiyasında iştirak.
- İşçilərin mükafatlandırılması üçün təkliflərin hazırlanması və həyata keçirilməsi.
- İşçilərin əmək intizamına nəzarət və intizam tənbehi tədbirlərinin tətbiqi.
- Bölmədaxili hesabatların hazırlanması və təqdimatına nəzarət.
- İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması ilə bağlı təkliflər.
- Məqsədli proqramların və konsepsiyaların hazırlanması və həyata keçirilməsi.
- Kargüzarlıq işinin təşkilini təmin etmək.
- Aylıq görülmüş işlər barədə rəhbərə hesabat vermək.
- 5 günlük iş rejimi.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il.
- Biliklər: Azərbaycan Respublikası Əmək qanunvericiliyi; dövlət orqanlarında kargüzarlıq; əmək haqqının hesablanması üzrə praktiki biliklər; insan resurslarına aid normativ və metodik materiallarla tanışlıq; elektron informasiya sistemlərindən istifadə qaydaları.
- Bacarıqlar: Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi; komanda idarəetmə və liderlik; analitik düşüncə; effektiv zaman idarəetməsi; kommunikasiya bacarıqları.
- Kompüter Biliyi: MS Office (yüksək səviyyədə).
- Dil Biliyi: İngilis və Rus dili (yaxşı səviyyədə).
Son tarix: Noyabr 14, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "İnsan Resursları üzrə bölmə rəisi (İnfrastruktur departamenti)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 14 noyabr 2024.
What's Your Reaction?