Xalq Bank vakansiya: İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referenti

Xalq Bank, İnsan Resursları və İşlər İdarəsinin katib-referenti vakansiyası üçün müraciət qəbul edir. Ali təhsilli, ünsiyyətcil və müvafiq sahədə iş təcrübəsi olan namizədlər axtarılır. Müraciət üçün son tarix 28 noyabr 2024.

Nov 1, 2024 - 12:50
Nov 1, 2024 - 12:52
 0
Xalq Bank vakansiya: İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referenti
Xalq Bank vakansiya: İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referenti

Vəzifə Öhdəlikləri:

  • Banka daxil olan və çıxan məktubların qeydiyyatını aparmaq;
  • Telefon zənglərini qəbul etmək, qəbul edilmiş məlumatların qeydiyyatını aparmaq və onların məzmunu barədə müvafiq şəxsləri məlumatlandırmaq;
  • Məktubları və müvafiq materialları kompüterdə yığmaq və onların rəsmiləşdirilməsini həyata keçirmək;
  • İclas, toplantı və görüşlərin keçirilməsinə hazırlıq işlərini həyata keçirmək;
  • Qonaqların qəbulunu təşkil etmək;
  • Sənədləri filialda qəbul olunmuş qaydalara müvafiq tərtib etmək, onların saxlanılmasını təmin etmək;
  • İşçilərinin işə davamiyyətinə nəzarət etmək və 1C proqramında müəyyən qeydlər aparmaq;
  • Rəhbərliyə lazımi məlumatların hazırlayıb təhvil vermək.

Tələblər:

  • Ali magistr təhsili;
  • Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
  • Kompüter bilikləri;
  • Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Müraciət Üçün:

Müraciət üçün son tarix: 28 noyabr 2024. Bu vakansiya tam ştatdır.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow