Azərbaycan Dəmir Yolları vakansiya: Maliyyə analitiki.

Maliyyə analitiki vakansiyası Azərbaycan Dəmir Yollarında! Maliyyə modelləri, xərc və gəlir təhlili, mühasibat uçotu sisteminin təkmilləşdirilməsi ilə maraqlanan namizədlər üçün unikal imkan. Ali təhsil, analitik düşüncə və komanda işi bacarıqları tələb olunur. Müraciət üçün son tarix: 14 noyabr 2024.

Oct 31, 2024 - 12:42
Oct 31, 2024 - 12:44
 0
Azərbaycan Dəmir Yolları vakansiya: Maliyyə analitiki.
Azərbaycan Dəmir Yolları vakansiya: Maliyyə analitiki.

Təsvir:

  • ADY-nin və onun törəmə müəssisələrinin xidmət portfelinin təhlilini aparmaq;
  • Hər bir xidmət üçün xərc hesablamasını icra etmək;
  • Maliyyə modelləri üçün biznes prosedurlarını formalaşdırmaqda təkliflər vermək;
  • Xərc və gəlirlərin maliyyə və iqtisadi təhlilini həyata keçirmək;
  • Subsidiya məbləğinin və maliyyə modellinin hesablanmasında iştirak etmək;
  • Mühasibat uçotu sisteminin təkmilləşdirilməsi üçün təhlillər aparmaq;
  • Mürəkkəb mühasibat məsələlərini həll etmək və potensial riskləri aradan qaldırmaq üçün funksiyalararası komandalarla əməkdaşlıq etmək;
  • Rəhbərliyin müəyyən etdiyi ölçülərə əsaslanaraq idarəetmə uçotu strukturunu layihələndirmək və saxlayaraq keyfiyyətin yaxşılaşdırılması üçün əməliyyat fəaliyyətini araşdırmaq.

Tələblər:

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
  • Maliyyə modelləşdirməsi və təhlili üzrə ümumi biliklər;
  • Maliyyə, mühasibat uçotu və korporativ maliyyə konsepsiyaları ilə bağlı biliklər;
  • Maliyyə modelləri ilə bağlı praktiki biliklər;
  • Təqdimat bacarıqları;
  • Analitik düşüncə qabiliyyəti;
  • Təşəbbüskarlıq və komanda işi.

Son müraciət tarixi: 14 noyabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Maliyyə analitiki" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 14 noyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow