İdeal İnşaat vakansiya: MEMAR axtarılır.
İdeal İnşaat şirkəti Xırdalan şəhərində memar axtarır. Ali təhsilli, eskiz və işçi layihələr hazırlaya bilən, memarlıq sahəsində ən azı 1 illik təcrübəyə sahib namizədlər üçün iş imkanı. Microsoft Office, Autocad, Archicad proqramlarında yüksək bilik tələb olunur. Əlavə məlumat və müraciət üçün əlaqə nömrəsi: (050) 226-02-77.
İş barədə məlumat:
- Eskiz və işçi layihələrin hazırlanması.
- Tikinti işlərinin keyfiyyətinə nəzarət etmək.
- Layihə üzrə dəyişikliklərin tikinti sahəsində tətbiqinə nəzarət etmək.
- Obyektlərdə ölçmə işlərinin aparılması.
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə koordinasiyalı işləməsi.
- Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının və layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək.
- Həftə içi 6 iş günü.
Namizədə tələblər:
- Ali memarlıq təhsili.
- Eskiz layihələrinin hazırlanması bacarığı.
- Fotorealistik eksteryer vizuallaşdırılması.
- İnteryerlərin işçi-layihəsinin hazırlanması.
- Müəllif nəzarətinin aparılması.
- İş icraçıları ilə daimi əlaqə qurulması.
- Deadline-lara riayət etmək və işlərin vaxtında təhvil verilməsi.
- Eyni anda bir neçə layihə aparmaq bacarığı.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Yaxşı səviyyədə Microsoft Office, Archicad, Autocad proqram bilikləri.
- Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı.
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı.
- Detallara diqqətli yanaşma və ən az bir layihə bitirmə təcrübəsi.
Əlavə məlumat və müraciət:
Əgər siz bu tələblərə cavab verirsinizsə, zəhmət olmasa CV və portfolionu aşağıdakı əlaqə vasitələrinə göndərin:
- Əlaqədar şəxs: Murad
- Telefon: (050) 226-02-77
- E-mail: [email protected]
Vakansiyanın bitmə tarixi: 21 Noyabr 2024.
What's Your Reaction?