Azərbaycan Dəmir Yolları vakansiya: Operator axtarılır.
Azərbaycan Dəmir Yolları operator vakansiyası. Biləcəri, Bakı, tam ştat. Vaqonların nömrələrinin yazılması, əlaqələndirmə və texnoloji işlərdə iştirak.
Vəzifələr
- Parka qəbul edilən vaqonların və qatar tərkibinin nömrələrini yazmaq;
- Çeşidləmə parkından digər parklara, vaqon deposuna keçirilən vaqonların nömrələrini yazmaq və STM operatorları ilə yoxlamaq;
- Yazılan vaqonların nömrələrini STM operatorlarına telefonla bildirmək, parka açılan və ya qoşulan vaqonlar barədə təcili məlumat vermək;
- Stansiyaya daxil olan qatarın sənədlərini STM operatoruna çatdırmaq;
- Texnoloji işlə bağlı stansiya növbətçisinin, STM baş operatorunun və stansiya dispetçerinin göstərişlərini yerinə yetirmək.
Tələblər
- Təhsil: Orta;
- Azərbaycan dövlət dəmir yolunun İşarəvermə təlimatı üzrə biliklər;
- Diqqətlilik, əlaqələndirmə qabiliyyəti, şifahi ifadə bacarığı.
Vakansiya Məlumatı
- Son tarix: 30 oktyabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Logistika və nəqliyyat
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Operator" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30 oktyabr 2024.
What's Your Reaction?