Azera Holding vakansiya: Marketinq üzrə menecer axtarılır
Azera Holding marketinq üzrə menecer vakansiyası elan edir. Namizədə dil və kompyuter bilikləri, marketinq təhsili və iş təcrübəsi tələb olunur.
İş barədə məlumat:
- Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış və marketinq üzrə KPI nəticələrini izləmək və hesabat vermək;
- Marketinq tədqiqatları aparmaq, zəruri informasiyaları toplamaq və marketinq informasiya sistemini yaratmaq;
- Marketinq sahəsinin inkişafı üçün yeni açar söz axtarışlarını həyata keçirmək və müvafiq istiqamətlər barədə rəhbərliyi məlumatlandırmaq;
- Şirkətin cari və yeni maliyyə məhsullarının bazarda reklamını təşkil etmək;
- Xarici satış kanalları (İnternet, SMS, mobil tətbiqlər, web portallar və s.) müəyyən edərək strategiya və inkişaf planlarını hazırlamaq, icra etmək və nəzarətini həyata keçirmək;
- Şöbənin fəaliyyətinə aid digər məsələlərin həllində iştirak etmək.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Marketinq sahəsi üzrə);
- Dil bilikləri: Azərbaycan dili və rus dilində səlis danışıq bacarığı;
- Kompyuter bilikləri: MS Office proqramlarında işləmək, Adobe Illustrator və Photoshop bilmək üstünlükdür;
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il təcrübə;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, planlama və analiz qabiliyyəti;
- Rəqəmsal marketinq üzrə sertifikat üstünlük təşkil edəcək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: Razılaşdırılma yolu ilə.
Uyğun olan namizədlərdən CV-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Son tarix 23 sen 2024.
What's Your Reaction?