Azərbaycan Dəmir Yolları vakansiya: Təchizat üzrə böyük mütəxəssis (Sərnişin daşımaları departamenti).

Təchizat üzrə böyük mütəxəssis vakansiyası - Azərbaycan Dəmir Yolları. Sərnişin daşımaları departamentində iş imkanı. Təchizat zənciri idarəetməsi, anbar sistemi və mal-material idarəetməsi sahəsində təcrübəli mütəxəssislər üçün əla iş imkanı. Müraciət tarixi: 29 noyabr 2024.

Nov 19, 2024 - 14:21
Nov 19, 2024 - 14:23
 0
Azərbaycan Dəmir Yolları vakansiya: Təchizat üzrə böyük mütəxəssis (Sərnişin daşımaları departamenti).
Azərbaycan Dəmir Yolları vakansiya: Təchizat üzrə böyük mütəxəssis (Sərnişin daşımaları departamenti).

Azərbaycan Dəmir Yolları
Bakı, Azərbaycan
Tam ştat
Vakansiya son müraciət tarixi: 29 noyabr 2024

İşçinin vəzifələrinə aşağıdakılar daxildir:

  • Tələb olunan mal, iş və xidmətlərə dair sifarişləri öyrənmək, qəbul etmək və müəyyən olunmuş qaydada ümumiləşdirmək;
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində ADY-nin struktur bölmə və qurumlarından zəruri məlumat və sənədləri tələb etmək;
  • Sifarişləri operativ və obyektiv şəkildə təhlil etmək (vaciblik dərəcəsi, tələblərə uyğunluğu və s.);
  • Sifariş formalarının dəqiq və ətraflı şəkildə hazırlanmasını təmin etmək;
  • Sifarişlərin qəbulu və yönləndirilməsi ilə bağlı fasiləsizliyi və ardıcıllığı təmin etmək;
  • Sifarişlərin icrası prosesini və nəticəsini izləmək;
  • Mal-materialların anbarda qalma müddətinin və miqdarının optimallaşdırılmasına nəzarət etmək;
  • Sahələrin anbarlararası inteqrasiyasını və məlumat mübadiləsini təşkil etmək;
  • Vaxtlı-vaxtında inventarizasiyanın aparılmasını təşkil etmək;
  • Qüsurlu və işlənmiş mal-materialların çeşidlənməsi və çıxdaş edilməsini nəzarət etmək;
  • Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin standartlara uyğunluğunu təmin etmək.

Tələblər:

  • Təhsil səviyyəsi: Ali (müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il;
  • Biliklər və bacarıqlar:
    • Təchizat zəncirinin idarə olunmasına dair bilik və təcrübə;
    • Anbar sisteminin idarə edilməsi üzrə biliklər;
    • Mal-material üzrə bilik və bacarıqlar;
    • Elektron sənəd dövriyyəsi sistemi üzrə biliklər;
    • Sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
    • İngilis və rus dili – orta səviyyədə;
    • Kompüter biliyi: Microsoft Office.

Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Təchizat üzrə böyük mütəxəssis (Sərnişin daşımaları departamenti)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 29 noyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow