Kontakt Home vakansiya: Kassir - part time (Olivia -Kosmetika və baxım).
"Olivia Beauty & Care" mağazalar şəbəkəsinə kassir vakansiyası açıqdır. Part-time iş imkanı, təcrübə və səlis Azərbaycan dili tələb olunur.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin düzgün və təhlükəsiz şəkildə qəbul edilməsi.
- Kassadan keçən bütün ödənişlərin, sənədlərin və qiymətlərin izlənməsi və hesabatının aparılması.
- Nağd və nağdsız ödənişlərin təhlükəsiz şəraitdə saxlanması və təhvil verilməsi.
- Müştəri suallarının səlahiyyətlər çərçivəsində cavablandırılması və yönləndirilməsi.
- Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Günün 2-ci yarısında part-time iş, həftədə bir gün istirahət.
- Şirkət daxili təlimlərin təmin edilməsi.
Tələblər:
- Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (ali təhsil arzu olunandır).
- Minimum 6 ay müvafiq sahədə iş təcrübəsi.
- Azərbaycan dilini mükəmməl, rus dilini bilməsi arzu olunandır.
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı).
- Aktivlik, çeviklik, ünsiyyətcilik və məsuliyyətlilik.
Kassir - part time (Olivia -Kosmetika və baxım) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 28 oktyabr 2024 il.
What's Your Reaction?