Azərbaycan Hava Yolları vakansiya: Daxili audit idarəsinin Auditoru.

"Azərbaycan Hava Yolları" QSC Daxili Audit İdarəsinin Auditoru vakansiyası üçün işçi axtarır. Daxili audit, audit yoxlamaları, risklərin idarə olunması və idarəetmə sistemləri sahələrində təcrübə qazanın. Ətraflı məlumat və müraciət üçün son tarix 30 noyabr 2024.

Nov 18, 2024 - 13:47
Nov 18, 2024 - 13:49
 0
Azərbaycan Hava Yolları vakansiya: Daxili audit idarəsinin Auditoru.
Azərbaycan Hava Yolları vakansiya: Daxili audit idarəsinin Auditoru.

Vəzifə Öhdəlikləri:

  • Daxili audit idarəsinin rəhbərinin tapşırıqlarına əsasən, audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqini həyata keçirmək;
  • Qrup üzvü olaraq iştirak etdiyi layihələrdə, qrup rəhbərinin verdiyi tapşırıqları Daxili Audit Metodologiyasına uyğun şəkildə icra etmək;
  • Daxili nəzarət, idarəetmərisklərin idarə olunması sistemlərinin effektivliyini qiymətləndirmək məqsədilə audit prosedurlarını yerinə yetirmək;
  • Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, Daxili Auditorlar İnstitutunun (DAİ) təlimatlarına və Daxili Audit Metodologiyasının tələblərinə riayət etmək;
  • Audit sübutlarını sənədləşdirmək və audit sənədlərinin qorunmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yüksək analitik təhlil bacarığı, ünsiyyət qabiliyyəti və kollektivdə işləmək bacarığı;
  • CİA, ACCA kimi müvafiq peşə sertifikatlarına malik olmaq arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).

İş Şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Vakansiya Haqqında Ətraflı Məlumat:

  • Son müraciət tarixi: 30 noyabr 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Əgər siz də daxili audit sahəsində inkişaf etmək və peşəkar kariyeranızı mükəmməl bir mühitdə qurmaq istəyirsinizsə, "Azərbaycan Hava Yolları" QSC-yə müraciət etməyə tələsin!

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow