Azərbaycan Hava Yolları vakansiya: Daxili Nəzarət İdarəsi / Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis.

"Azərbaycan Hava Yolları" QSC-də Daxili Nəzarət İdarəsi / Biznes Proseslərinə Nəzarət üzrə Mütəxəssis vəzifəsi üzrə işçi axtarılır. Əlaqədar sahələrdə təcrübə, analitik və operativ bacarıqlarınıza əsaslanan bu vakansiya, daxili nəzarət, biznes prosesləri və risklərin idarə edilməsi sahələrində fəaliyyət göstərəcək mütəxəssislər üçün nəzərdə tutulub.

Nov 6, 2024 - 12:49
Nov 6, 2024 - 12:51
 0
Azərbaycan Hava Yolları vakansiya: Daxili Nəzarət İdarəsi / Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis.
Azərbaycan Hava Yolları vakansiya: Daxili Nəzarət İdarəsi / Biznes proseslərinə nəzarət üzrə Mütəxəssis.

Vəzifə və məsuliyyətlər:

  • Daxili nəzarət və təftiş funksiyalarının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanması və icrasında iştirak etmək;
  • Biznes proseslərinin detallı təhlilini aparmaq və onların axını, məqsədi və fəaliyyətini tam başa düşmək;
  • İş proseslərinin effektivliyini artırmaq, standartlara uyğunluğu yaxşılaşdırmaq, mövcud və ya potensial risklər daxilində baş vermiş və ya baş vermə ehtimalı olan nöqsanları vaxtında aşkar etmək, və onların tam və ya qismən aradan qaldırılması üçün tədbirlər görmək;
  • Proseslərdənəzarət mexanizmlərində mövcud və yol verilmiş boşluq və pozuntuları aşkar edərkən optimallaşdırıcı və düzəldici təklifləri rəhbərliyə təqdim etmək;
  • Aşkar edilmiş boşluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatlar hazırlamaq.

Tələblər:

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
  • Proqram bilikləri: Microsoft Office proqramları, Excel, SQL, VBA, Power BI proqramlarında işləmə bacarığı üstünlükdür;
  • Sahə üzrə sertifikatlar (məsələn, CIA, CFE, CFA, ACCA) əlavə üstünlük təşkil edir;
  • İş təcrübəsi: Sahə üzrə minimum 1 il təcrübə;
  • Ünsiyyət bacarıqlarıdanışıqların aparılması bacarığı;
  • Qərar vermə, problemi həll etmə, təqdimatöyrənmə bacarığı;
  • Komandada işləmək bacarığı və dəyişikliklərə uyğunlaşmaq bacarığı.

İş qrafiki:

  • Həftə içi 5 gün (09:00-18:00)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Son müraciət tarixi:

  • Noyabr 24, 2024

Vakansiya növü:

  • Tam ştat

Kateqoriya:

  • Maliyyə, Biznes və İdarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow