Paşa Bank vakansiya: Son istifadəçilərə dəstək üzrə Mütəxəssis (IT HelpDesk).
Texniki Dəstək Mütəxəssisi vakansiyası! İnformasiya texnologiyaları üzrə Bakalavr dərəcəsi və müvafiq sahədə minimum 3 il təcrübə lazımdır.
İşiniz nədən ibarətdir?
- Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması.
- Telefon vasitəsilə Texniki Dəstək Mərkəzinə daxil olan iş ilə bağlı sorğuların qeydiyyatının aparılması.
- Əməkdaşlara verilən bütün IT avadanlıqlarının qeydiyyatının aparılması.
- Mərkəzi Texniki Dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğuların prioritetləşdirilməsi.
- Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son İstifadəçilərə Dəstək qrupuna aid olmayan sorğuların vaxtında Help Desk qrupuna yönəldilməsi.
- Mərkəzi Texniki Dəstək sorğu sistemindən səmərəli və düzgün istifadənin təmin edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları və ya müvafiq sahə üzrə Bakalavr dərəcəsi.
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 (üç) il.
- Dil bilikləri: Rus dili və İngilis dili (arzuolunandır).
- Kompüter bilikləri: Microsoft OS və Office.
- Məhsul üzrə biliklər: Texniki Dəstək Sistemi.
- Məhsul üzrə biliklər: İnzibati / Texniki dəstək üzrə təcrübə.
- Digər bacarıqlar: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, komanda ilə işləmə bacarıqları.
Son istifadəçilərə dəstək üzrə Mütəxəssis (IT HelpDesk) vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?