Paşa Bank vakansiya: Qrafik Dizayner axtarılır.
PAŞA Bank-ın dizayn sistemindən istifadə edərək yeni komponentlər və qaydalar yaratmaq üçün müraciət edin.
Təsvir:
- Məhsulun xüsusiyyətlərinə uyğun prototiplərin hazırlanması;
- Məhsul çərçivəsində araşdırmaların aparılması və həyata keçirilməsi;
- Müştəri istəklərinin toplanması və nəticə şəklində qeyd edilməsi;
- İstifadəçi təcrübəsini artırmaq məqsədilə komandaya dizayn layihələrində dəstək verilməsi;
- Sketch, Adobe Photoshop və Adobe Illustrator kimi dizayn alətlərinin istifadəsi və inkişaf etdirilməsi;
- PAŞA Bank-ın dizayn sistemindən istifadə edilməsi, yeni komponentlərin və qaydaların yaradılması.
Tələblər:
- Proqram təminatı, istifadəçi təcrübəsi və interfeys yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması biliklərinin olması üstünlükdür;
- Texnologiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi;
- Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçi araşdırmaları sahəsində biliklər;
- İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna aid dizayn işlərinə daha çox önəm verilir;
- Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Sketch, Adobe Suite və digər digital dizayn alətlərinin sərbəst istifadəsi;
- Komponentlərin yaradılması, istifadəçi interfeysinin yaradılmasında istifadə olunan dizayn kitabxanası ilə iş təcrübəsi;
- Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.
Qrafik Dizayner vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?