Azərbaycan Hava Yolları vakansiya: Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib.

Azərbaycan Hava Yolları QSC, Əsas Vəsaitlərin və İnventarların Uçotu Şöbəsi üzrə Mühasib vakansiyası təklif edir. Ətraflı məlumat üçün vakansiyanın tələbləri və iş öhdəliklərini oxuyun. Mühasibatlıq sahəsində təcrübənizi artırın.

Nov 29, 2024 - 12:05
Nov 29, 2024 - 12:14
 0
Azərbaycan Hava Yolları vakansiya: Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib.
Azərbaycan Hava Yolları vakansiya: Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib.

Vəzifə Öhdəlikləri:

  • Microsoft Dynamics 365 üzərində məhsul kodlarının yaradılması;
  • Satınalma və Anbar arasında qəbul prosesinin koordinasiyası;
  • Yeni alınmış inventarların açar sözlərə uyğun kateqoriyalar üzrə uçota alınması;
  • Anbara mədaxil/məxaric edilən mal-material qiymətlilərinin uçotunun aparılması;
  • İnventarların mədaxil prosesinin tamamlanmasına nəzarət.

Namizəddən Tələb olunanlar:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili – Ana dili, İngilis dili – yaxşı;
  • Microsoft Office proqramlarında yüksək biliklər;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Danışıqların aparılması bacarığı və qərar vermə qabiliyyəti;
  • Problemlərin həll edilməsi, öyrənmə və dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmə bacarığı.

İş Şərtləri:

  • İş qrafiki: Həftə içi 5 gün (09:00-18:00);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Vakansiya növü: Tam ştat.

Son müraciət tarixi: 6 dekabr 2024.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow