Azərbaycan Hava Yolları vakansiya: İqtisadçı axtarılır.
Azərbaycan Hava Yolları, iqtisadi göstəriciləri təhlil edərək şirkətə dəstək verəcək İqtisadçı axtarır. Maliyyə və büdcə sahəsində təcrübəli şəxslər üçün iş imkanı. Müraciət üçün son tarix: 9 dekabr 2024.
Vəzifələr və Məsuliyyətlər:
- İqtisadi göstəriciləri təhlil edərək tendensiyaları və inkişaf sahələrini müəyyən etmək.
- Cari iqtisadi göstəriciləri əvvəlki dövrlərlə və büdcə ilə müqayisə edərək performans tendensiyalarını qiymətləndirmək.
- Təyyarə parkının səmərəliliyini, yaşını və xərclərini nəzərdən keçirmək, yenilənmə strategiyalarını nəzərə almaq.
- Aviasiya sahəsinə spesifik investisiyalar və CAPEX proyektləri üçün feasibility hesabatları hazırlamaq.
- Rəhbərliyin tələblərinə uyğun idarəetmə hesabatları hazırlamaq.
Tələblər:
- Təhsil: Bakalavr və ya Magistr dərəcəsi (Maliyyə, Mühasibat uçotu və Audit, və digər əlaqəli ixtisaslar üzrə).
- Dil bilikləri: Azərbaycan dili – Səlis, İngilis dili – Yaxşı, Rus dili – Orta (üstünlükdür).
- Sertifikatlar: CFA, ACCA (F5, F7, F9 və digər əlaqəli sertifikatlar, məsələn, CİMA) olması üstünlükdür.
- Microsoft Office bilikləri (Əsasən Excel – yaxşı).
- İş təcrübəsi: Minimum 1 il (Büdcə, maliyyə və idarəetmə hesabatlığı üzrə).
- Güclü analitik və problem həll etmə bacarığı.
- Əla ünsiyyət qurma bacarığı.
İş Qrafiki və Şərtlər:
- Həftə içi beş gün – 09:00-18:00 (2 gün istirahət).
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı şəhəri.
Vakansiya haqqında Ətraflı Məlumat:
- Son müraciət tarixi: 9 dekabr 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Logistika və Nəqliyyat.
What's Your Reaction?