Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Bank sistemlərinin fəaliyyətinə dəstək şöbəsi.
Xalq Bank, Bank Fəaliyyətinə Dəstək İdarəsinin Bank sistemlərinin fəaliyyətinə dəstək şöbəsində vakansiya elan edir. İqtisadiyyat və maliyyə sahəsində ali təhsilli, analitik düşünmə bacarığına malik mütəxəssislər axtarılır. Detallara diqqət yetirən, komanda işinə uyğun namizədlərin müraciət etməsi tövsiyə olunur.
Təsvir: Vakansiya çərçivəsində aşağıdakı vəzifələr yerinə yetiriləcək:
- Biznes, İT əməkdaşları və vendorlarla komanda şəklində işləmək;
- Biznes tələbləri toplamaq və təhlil etmək;
- Proseslərin mövcud və yeni modellərini (as is, to be) tərtib etmək;
- Texniki tapşırıq hazırlamaq və təqdim olunmuş texniki tapşırıqları təhlil etmək;
- Test nümunələrinin (test keyslər) hazırlanmasında və testlərin keçirilməsində iştirak etmək;
- Avtomatlaşdırılmış proseslərə nəzarəti təşkil etmək;
- Bank proqramlarında yaranmış problemlərin araşdırılmasını və aradan qaldırılmasını təmin etmək;
- Proqram təminatından istifadə zamanı bankın əməkdaşlarına dəstək göstərmək;
- Biznes proseslərin avtomatlaşdırılmasında iştirak etmək.
Tələblər:
- İqtisadiyyat, maliyyə sahəsində ali magistr təhsili;
- Bank təcrübəsi üzrə minimum 2 il iş təcrübəsi (Kredit sahəsində təcrübə arzuolunandır);
- Bank sistemləri üzrə biliklər (Flexcube, TranzAxiz arzuolunandır);
- Ofis proqramlarından MS Office, xüsusilə MS Excel istifadə bacarığı;
- Analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
- Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus və İngilis dilləri) qənaətbəxş səviyyədə olması;
- Danışıqların aparılma qabiliyyəti.
Son tarix: Noyabr 24, 2024
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?