Azərbaycan Hava Yolları vakansiya: Mühəndis istehsalat şöbəsi - Mütəxəssis.

"Azərbaycan Hava Yolları" QSC, mühəndis istehsalat şöbəsində mütəxəssis axtarır. İstənilən namizəd elektron avadanlıqların quraşdırılması və istismarı sahəsində 3 illik iş təcrübəsinə malik olmalıdır. Bu vakansiya, mühəndislik sahəsində təcrübəsini artırmaq istəyən şəxslər üçün əla bir imkandır.

Oct 4, 2024 - 12:02
Oct 4, 2024 - 12:20
 0
Azərbaycan Hava Yolları vakansiya: Mühəndis istehsalat şöbəsi - Mütəxəssis.
Azərbaycan Hava Yolları vakansiya: Mühəndis istehsalat şöbəsi - Mütəxəssis.

Təsvir:

  • AZAL QSC-də istismar olunan elektron avadanlıqların və kommunikasiya xətlərinin dislokasiyasını (yerləşmə zonaları və əraziləri) mükəmməl bilməlisiniz.
  • Maddi və qeyri-maddi aktivlər üzrə İT Xidmətlər Kataloqunda Mühəndis istehsalat şöbəsinin mütəxəssisi üçün qeyd edilmiş digər tapşırıqları icra etməlisiniz.
  • Elektron avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək, mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək, avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ sürətdə aradan qaldırmaq və bu barədə rəhbərliyə məlumat verməlisiniz.
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalısınız.
  • Elektron avadanlıqların (yanğından mühafizə sistemi, sviç, access point, səsləndirmə, informasiya monitor və komputerləri, elektron tərəzi və qapılar, UPS-lər və s.) texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək, sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunması barədə texniki sənədləşmə aparmalısınız.
  • Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri.
  • Yeni ofis binaları üçün texniki layihələrin və sxemlərin hazırlanmasında iştirak etməlisiniz.

Tələblər:

  • Ali təhsil.
  • İş təcrübəsi: Minimum 3 il.
  • Dil bilikləri: Azərbaycan və rus dilləri.
  • Üsiyyət Bacarıqları (yazılı və şifahi).
  • Danışıqların aparılması bacarığı.
  • Problemi həll etmə bacarığı.
  • Təqdimat bacarığı.
  • Öyrənmə qabiliyyəti.
  • İşə uyğunlaşma qabiliyyəti.
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı.
  • Komandada işləmə bacarığı.

İş Şəraiti

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur.

Vakansiya haqqında

Son tarix: Oktyabr 15, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Mühəndis istehsalat şöbəsi - Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow