Bank Respublika vakansiya: Sistem analitiki axtarılır.
Bank Respublika ASC-də "sistem analitiki" vakansiyası açılıb. Proqram təminatının hazırlanması, analitika və iş təcrübəsi üzrə axtarışdadır. Detallı iş tələbləri və vəzifələri ilə tanış olun, müraciət edin!
Vəzifələr:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
- Proqram təminatının funksional testi (front-end və back-end) və veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Daxili hesabatların hazırlanması və onların təhlili.
Tələblər:
- Ali təhsil;
- Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- BPMN bilikləri;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- SQL bilikləri arzuolunandır;
- API baza bilikləri arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
- Stressə davamlı, çalışqan və ünsiyyətçi;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 24, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Sistem analitiki vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 24 oktyabr 2024 il.
What's Your Reaction?