Azərbaycan Hava Yolları vakansiya: Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri üzrə Aparıcı Mühəndis-İnspektor.
"Azərbaycan Hava Yolları" QSC, tam ştatlı Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Üzrə Aparıcı Mühəndis-İnspektor vakansiyası təqdim edir.
Vəzifə Təsviri:
-
Fövqəladə Hallar üzrə:
- Qəza Əməliyyat Mərkəzi və Səyyar Komanda məntəqələrinin fövqəladə hallara hazırlıq vəziyyətini daimi nəzarətdə saxlamaq.
- Qəza şəraiti yarandıqda, Qəza-Xilasetmə Komandasına daxil olan qurumlar arasında fəaliyyətin koordinasiyasında iştirak etmək.
- Toplanma məntəqəsində qüvvə və vasitələrin fəaliyyətlərini tənzimləmək, yoxlama vərəqələrinə uyğun nəzarəti həyata keçirmək, yol verilən nöqsanları aşkar etmək və məlumatların hazırlanmasında iştirak etmək.
-
Təlimlər:
- Qəza şəraiti və yanğın təhlükəsizliyi mövzusunda təlimlərin planlarının hazırlanmasında iştirak etmək.
- Təlimlərin təşkili ilə bağlı prosedurların həyata keçirilməsində iştirak etmək, təlimlərdə iştirak etmək və nəticələrin aktlaşdırılmasında iştirak etmək.
-
Yanğın Təhlükəsizliyi Üzrə:
- Hava limanında yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində təxirəsalınmaz işləri icra etmək.
- Təxliyyə yollarının və od söndürmə vasitələrinin istismara yararlılıq vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı yoxlamalar keçirmək.
- Xidmət təminatçıları, sərnişinlər və digər şəxslər tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını almaq.
-
Fəaliyyəti Tənzimləyən Sənədlərin Hazırlanması Üzrə:
- Fövqəladə hallar üçün fəaliyyət planının hazırlanmasında iştirak etmək.
- Planın razılaşdırılması və icra vəziyyətinə nəzarətin həyata keçirilməsində iştirak etmək.
- Yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyəti tənzimləyən sənədlərin hazırlanmasında iştirak etmək.
-
Təlimatlandırma Üzrə:
- Direktor tərəfindən təsdiq olunmuş “Proqram” əsasında yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə xidmət təminatçıları ilə dövrü təlimatlandırılmalar keçirmək.
Tələblər:
- Ali təhsil.
- Azərbaycan dili - Ana dili.
- Sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Microsoft Office və Outlook proqram bilikləri.
- Üsiyyət bacarıqları (Yazılı və şifahi).
- Danışıqların aparılması, qərar vermə, problemi həll etmə və təqdimat bacarıqları.
- Öyrənmə, işə uyğunlaşma və dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti.
- Komandada işləmə bacarığı.
Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri üzrə Aparıcı Mühəndis-İnspektor vakansiyası ilə maraqlananlar CV-lərini Azərbaycan Hava Yolları-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?