AzəriMed vakansiya: Elektrik üzrə mütəxəssis.
AzəriMed QSC elektrik üzrə mütəxəssis vakansiyasını elan edir. Elektrik sahəsi üzrə təhsil və təcrübəyə sahib olan, məsuliyyətli və komandada işləyə bilən şəxslər müraciət edə bilər. Tam ştat iş, 900 manat əmək haqqı. Müraciət üçün əlaqə nömrəsi və vakansiya tələbləri.
Vəzifə öhdəlikləri:
- Vəzifə funksiyalarını və rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək.
- Enerji qurğularının və avadanlıqların fasiləsiz və təhlükəsiz işini təmin etmək.
- Avadanlıqlarda yaranmış nasazlıqları sürətlə aradan qaldırmaq və təmir işlərini həyata keçirmək.
- Müvafiq avadanlıqların texniki baxışını peşəkar şəkildə təşkil etmək.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 900 (Gross)
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
- Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tələblər:
- Elektrik sahəsi üzrə müvafiq təhsil və ya sertifikat.
- Elektrik sahəsində iş təcrübəsi.
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və müasir elektrik qurğularının quruluşunu yaxşı bilməli.
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığına malik olmalı.
- Ezamiyyətə getmək imkanı olmalı.
What's Your Reaction?