LANDAU School vakansiya: İnsan Resursları Sənədləşmə və Əməliyyatlar üzrə kiçik mütəxəssis.
İnsan Resursları Sənədləşmə və Əməliyyatlar üzrə Kiçik Mütəxəssis vakansiyası LANDAU Education Group-da. Əmək qanunvericiliyi, sənədləşmə və əməliyyatlar sahəsində təcrübə qazanın. İndi müraciət edin!
İşin təsviri:
- ƏMAS sistemində və E-gov portalında əməliyyatların icra edilməsi;
- Əmək qanunvericiliyi əsasında işçilərin işə qəbulu, işdən azad edilməsi və əmək müqavilələrinin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və məlumat bazasının mütəmadi yenilənməsi;
- Arayışlar, xəstəlik vərəqələri və digər sənədlərin hazırlanması və qeydiyyatı;
- Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmrlərin və qərarların hazırlanması və onların qeydiyyatının aparılması.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları Əməliyyatları üzrə 1 il iş təcrübəsi (arzu olunandır);
- Əmək qanunvericiliyi biliyi;
- Azərbaycan dili (səlis), Rus dili biliyi (arzu olunandır);
- Microsoft Excel proqram təminatını yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
- Komanda ilə işləmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 9:00 - 18:00 / 08:00 - 17:00 (həftədə 5 gün);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Könüllü tibbi sığorta;
- LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 7 dekabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Təhsil
What's Your Reaction?