AzəriMed vakansiya: Videoqraf axtarılır.

AzəriMed QSC videoqraf vakansiyası üzrə işçi axtarır. Təcrübəli videoqraf namizədlərdən sosial media və reklam videolarının çəkilməsi, montajı və video kontent yaradılması sahəsində bacarıqlar tələb olunur. Artan əmək haqqı ilə tam ştat iş.

Nov 21, 2024 - 10:56
Nov 21, 2024 - 10:58
 0
AzəriMed vakansiya: Videoqraf axtarılır.
AzəriMed vakansiya: Videoqraf axtarılır.

Tələblər:

AzəriMed QSC videoqraf vakansiyası üçün namizəddən aşağıdakı tələbləri gözləyir:

  • Texniki peşə və ya ali təhsil (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə təhsil arzuolunandır);
  • Reklam roliki, promo videolar hazırlama təcrübəsi;
  • Yenilikləri tətbiq etmək bacarığı;
  • Adobe Premier Pro, Adobe After Effects və digər video montaj proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli və kollektivə uyğun olmaq;
  • Portfolio göndərilməsi mütləqdir.

Vəzifə Öhdəlikləri:

Videoqraf olaraq, aşağıdakı vəzifələrə məsuliyyət daşıyacaqsınız:

  • Şirkətin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkişi;
  • Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək;
  • Marketinq strategiyası əsasında video çəkilişlərinin həyata keçirilməsi;
  • Reklam çarxları və sosial video materiallarının montaj prosesinin həyata keçirilməsi;
  • Kompüter dəstəkli proqramlardan düzgün şəkildə istifadə etmək;
  • Şirkətin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişləri və standartlara uyğun şəkildə həyata keçirilməsi;
  • Trendləri izləmək və yeni videolar hazırlamaq;
  • Müəllif hüquqlarının qorunmasına nəzarət etmək;
  • Tapşırılan işlərin vaxtında və keyfiyyətli şəkildə həll olunmasını təmin etmək.

İş Şəraiti:

  • İş qrafiki: Tam iş günü
  • Əmək haqqı: Başlanğıc 800-1000 AZN (Gross), artan əmək haqqı

Müraciət:

Qeyd olunan tələblərə cavab verən namizədlər, öz CV-lərini mövzu hissəsində " Videoqraf" qeyd etməklə vacancy@azerimed.com elektron poçt ünvanına göndərməlidirlər.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow