Giləzi Quşçuluq vakansiya: Ofis Meneceri axtarılır.
Ofis meneceri vakansiyası üçün 25-35 yaş aralığında, ali təhsilli, ofis təcrübəsi olan namizədlər axtarılır. 600 AZN əmək haqqı, Nərimanovda iş yeri. Müraciət üçün CV göndərin.
İş barədə məlumat:
- Ofisə gələn qonaqların gülərüz qarşılanması;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsi;
- Rəhbərliyə və qonaqlara çay və digər içkilərlə xidmət edilməsi;
- Telefon zənglərinin cavablandırılması, lazımi məlumatların qeydə alınması və ötürülməsi;
- Ofis ehtiyaclarını müəyyənləşdirərək təchizat işlərinin təşkil edilməsi;
- Müxtəlif hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- 6 günlük iş qrafiki (6-cı gün qısa iş günü);
- Əmək haqqı: 600+ AZN;
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli (yaxın ərazidə yaşayanlara üstünlük verilir).
Namizədə tələblər:
- Məsuliyyətli, disiplinli, diqqətli və təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Ofis avadanlıqlarından sərbəst istifadə etmə bacarığı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Ünsiyyət və təşkilat bacarıqları;
- Rus dili biliyi (sənədlərlə işləyə biləcək səviyyədə);
- Sürətli və səhvsiz yazı yazmaq bacarığı (kağız üzərində).
Açar sözlərin vurğulandığı bu vakansiya elanına uyğun gələn namizədlərdən xahiş olunur ki, CV-lərini [email protected] elektron poçtuna “Ofis meneceri” mövzusu ilə göndərsinlər.
What's Your Reaction?