Azərpambıq vakansiya: Ağdam PİTM filialında Anbardar axtarılır.
Ağdam PİTM filialında Anbardar vakansiyası açıqdır. Bu mövqedə xammalın, hazır məhsulun mühafizəsi və idarə olunması tələb olunur. 1-2 il iş təcrübəsi ilə müraciət edin. İş imkanını qaçırmayın!
Təsvir
- Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin və əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və buraxılması;
- Qəbul olunmuş maddi sərvətlərin sənədlərə uyğunluğunun yoxlanılması;
- Materialların mühafizə olunduğu yerə aparılması və çeşidlərə ayrılması;
- Material və məhsulun xarab olması və itkilərin qarşısını almaq üçün mühafizənin təşkili;
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik;
- Müştərilərin sifarişlərinə uyğun materialların komplektləşdirilməsi;
- Anbarda saxlanan materialların hərəkəti ilə bağlı hesabat sənədlərinin aparılması;
- Inventarlaşdırmanın aparılmasında iştirak.
Tələblər
- Minimum 1-2 il iş təcrübəsi;
- Anbar təsərrüfatının təşkilinə aid olan normativ sənədləri bilmək;
- Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
- Daxili əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilmək.
Vakansiya Haqqında
- Son tarix: Noyabr 20, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Logistika və nəqliyyat
What's Your Reaction?